Laricani İranın sanksiyalardan xilas yolunu açıqladı

İranın Məclis rəhbəri: “ABŞ məqsədinə nail olmadı”

İran Məclisinin rəhbəri Ali Laricani, ABŞ-ın İranda daxili qarışıqlıq çıxartmaq və neft satışını sıfıra endirmək məqsədinə çatmadığını bildirib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Əli Laricani Tehranda ölkənin qərbindəki Kirmanşah, Həmədan, Loristan, İylam və Xuzistan qubernatorlarının da iştirak etdiyi iclasda ABŞ-ı hədəfə alıb.

Laricani, “ABŞ, İrana şiddətli təzyiq göstərmək və nəticədə ölkədə daxili çaxnaşma yaratmaq məqsədi güdürdü. Lakin indiyə qədər bu məqsədinə nail olmayıb. Təzyiq göstərdiyi düzdür, lakin neft ixracını sıfıra endirmək niyyətlərini belə həyata keçirə bilmədilər”, - deyib.

İranın Məclis rəhbəri, daxili dinamikalardan istifadə edib özəl sektora yol açmaqla ABŞ-ın təzyiqlərindən xilas olmağın mümkün olacağını qeyd edib.

Pərvanə AĞAZADƏ
AzNews.az