Tbilisi şəhər məhkəməsi MSK-nın qərarını qüvvədə saxlayıb. Tbilisi şəhər məhkəməsi MSK-nın qərarını qüvvədə saxlayıb.

Tbilisi şəhər məhkəməsi QHT-lərin iddiasını təmin etmədi

Tbilisi şəhər məhkəməsi MSK-nın qərarını qüvvədə saxlayıb.

Tbilisi şəhər məhkəməsi Gürcüstanın qeyri-hökumət təşkilatlarının ölkənin Mərkəzi Seçki Komissiyasına (MSK) qarşı iddiasını təmin etməyib.

“Beynəlxalq şəffaflıq- Gürcüstan” və “Ədalətli seçkilər və demokratiya uğrunda Beynəlxalq Cəmiyyət” QHT-ləri Mərkəzi Seçki Komissiyasının noyabrın 14-də qəbul etdiyi qərarın ləğvi ilə bağlı məhkəməyə müraciət edib. QHT-lər noyabrın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda xarici ölkələrdə yaşayan, işləyən, təhsil alan Gürcüstan vətəndaşlarının səhər saat 8:00-dan 24:00-dək səs verə bilmələrini, yəni, ölkədə səsvermənin saat 20:00-dək davam edəcəyi halda xaricdəki seçki məntəqələrinin 4 saat artıq işləmələrini vətəndaşların konstitusion hüquqlarının pozulması kimi qiymətləndiriblər.

Tbilisi şəhər məhkəməsi MSK-nın qərarını səsvermə günü xarici ölkələrdə olan vətəndaşların öz konstitusion hüquqlarından istifadə etmək üçün daha geniş imkanlar açdığını əsas gətirib və qərarı qüvvədə saxlayıb.(AZƏRTAC)

AzNews.az