"Hər hansı qanun pozuntusuna qarşı ciddi tədbirlər görüləcək". "Hər hansı qanun pozuntusuna qarşı ciddi tədbirlər görüləcək".

Baş nazir prezident seçkilərindən danışdı

"Hər hansı qanun pozuntusuna qarşı ciddi tədbirlər görüləcək".

Prezident seçkiləri ilə əlaqədar hər hansı bir qanun pozuntusu və ya səhvə qarşı sərt cəza tədbirləri görüləcək.

Bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın Baş naziri Mamuka Baxtadze söyləyib. Onun sözlərinə görə, “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının 2012-ci ildə hakimiyyətə gəlişindən sonra bütün seçkilər demokratik, azad, şəffaf, yüksək standartlara uyğun keçirilib.

“Prezident seçkilərinin ikinci turu da yüksək standartlara uyğun, demokratik, azad və şəffaf keçiriləcək. Hər hansı qanun pozuntusuna qarşı ciddi tədbirlər görüləcək”, – deyə M.Baxtadze vurğulayıb.(AZƏRTAC)

© AzNews.az