Həbs olunanlar var. Həbs olunanlar var.

İranda beş tondan çox narkotik ələ keçdi

Həbs olunanlar var.

İranın Sistan-Bəlucistan bölgəsində həyata keçirilən əməliyyat zamanı 5,4 ton narkotik vasitə müsadirə edilib.

Bölgənin valisi Məhəmməd Qənbəri bildirib ki, əməliyyat zamanı narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan dörd qruplaşma zərərsizləşdirilib. Son 10 gün ərzində həyata keçirilən əməliyyat zamanı silahlı dəstələr də müəyyən edilib. Həbs olunanlar var. Hazırda istintaq aparılır.

M. Qənbəri qeyd edib ki, ABŞ-ın Əfqanistana müdaxiləsindən sonra bu ölkədə narkotik vasitələrin istehsalı artıb.(AZƏRTAC)

© AzNews.az