İranın Qəzvin, Kərəc və Bəndər Abbas şəhərlərində ölüm hökmünə məhkum edilmiş 3 nəfər edam edilib. İranın Qəzvin, Kərəc və Bəndər Abbas şəhərlərində ölüm hökmünə məhkum edilmiş 3 nəfər edam edilib.

İranda daha üç nəfər edam edildi

İranın Qəzvin, Kərəc və Bəndər Abbas şəhərlərində ölüm hökmünə məhkum edilmiş 3 nəfər edam edilib.

Məhbuslardan ikisi 6 gün əvvəl edam edilsə də, bu barədə məlumat yeni yayılıb.

Məlumata görə, quldurluq və cinsi təcavüzdə ittiham olunan şəxslərdən biri dekabrın 9-da Qəzvin həbsxanasında dara çəkilib.

Həmçinin qəsdən adam öldürməkdə ittiham olunaraq ölümə məhkum edilmiş Behzad Ədib adlı müttəhim dekabrın 4-də Kərəcdə, eyni ittihamla Cəmşid Ağa Rəhimi adlı digər müttəhim isə Bəndər Abbas həbsxanasında dar ağacından asılaraq həyatına son qoyulub.(teleqraf.com)

© AzNews.az