Azərbaycanın Gürcüstandakı səfirliyi ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Azərbaycanın Gürcüstandakı səfirliyi ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Gürcüstanda ümummilli lider Heydər Əliyevin xatirəsi anıldı - FOTOLAR

Azərbaycanın Gürcüstandakı səfirliyi ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Milli Məclisin üzvləri Əflatun Amaşov və Rasim Musabəyov, səfirlik əməkdaşları Tbilisidəki Heydər Əliyev adına parkda ulu öndərin büstünü ziyarət edərək önünə əklil və gül dəstələri qoyublar.

Anım tədbirinə qatılan “SOCAR Georgia Gas” şirkətinin direktoru Azər Məmmədov, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin nümayəndələri, ziyalılar və ictimaiyyət nümayəndələri də ümumilli liderin xatirəsini ehtiramla anaraq büstünün önünə gül dəstələri düzüblər.

Mərasim daha sonra Rustavi şəhərində davam etdirilib. Şəhərin Heydər Əliyevin adını daşıyan park ziyarət olunub, Azərbaycanın ümumilli liderinin heykəli önünə əklil və gül dəstələri qoyulub.

Tədbirdə Kvemo Kartli (Borçalı) bölgəsinin qubernatoru Şota Rexviaşvili, qubernator müavini Zaur Darğallı, Rustavi şəhər meriyasının rəhbər şəxsləri də iştirak ediblər.(report.az)

© AzNews.az

image description image description image description image description image description image description