Gürcüstanın İrandakı səfiri XİN-ə dəvət olunub və ona kəskin etiraz bildirilib. Gürcüstanın İrandakı səfiri XİN-ə dəvət olunub və ona kəskin etiraz bildirilib.

İran XİN Gürcüstan səfirinə etirazını bildirdi

Gürcüstanın İrandakı səfiri XİN-ə dəvət olunub və ona kəskin etiraz bildirilib.

Gürcüstanın İrandakı səfiri İosba Çaxvaşvili Xarici İşlər Nazirliyinə dəvət edilib və iranlıların deportasiyası ilə əlaqədar ona etiraz bildirilib.

Ötən həftə Gürcüstan sərhədçiləri 200 nəfər iranlını ölkədən deportasiya ediblər. Həmin vaxt İranın Xarici İşlər Nazirliyi bəyan edib ki, Gürcüstana səfər edən İran vətəndaşlarının sənədləri qaydasında olmayıb. Lakin iranlıların Gürcüstandan deportasiya edilməsi bununla da başa çatmayıb.

Ötən həftə boyunca Gürcüstandan gələn xəbərlərdə bildirilir ki, iranlılar ya ölkəyə buraxılmır, ya da viza müddəti başa çatmamış məcburi qaydada polis tərəfindən ölkədən çıxarılır. Məsələnin bu həddə çatması nəticəsində Gürcüstanın İrandakı səfiri XİN-ə dəvət olunub və ona kəskin etiraz bildirilib.

Yerli mətbuatın verdiyi məlumata əsasən, səfir İosba Çaxvaşvili bildirib ki, belə problemin yaranmasını mətbuatdan öyrənib və o, bundan narahatlıq keçirir. Söz verib ki, Tbilisiyə gedərək məsələni yerində araşdıracaq və obyektiv məlumat çatdıracaq. Səfir problemin həllinə nail olacağına söz verib.(virtualaz.org)

© AzNews.az