“Ola bilsin ki, ABŞ ölkə daxilində qarşıdurma yaratmaq üçün plan hazırlayıb”. “Ola bilsin ki, ABŞ ölkə daxilində qarşıdurma yaratmaq üçün plan hazırlayıb”.

“Amerikalılar 2019-cu ildə İranı qarışdıra bilər” - Xamenei

“Ola bilsin ki, ABŞ ölkə daxilində qarşıdurma yaratmaq üçün plan hazırlayıb”.

Bunu İranın ali rəhbəri, ayətullah Seyid Əli Xamenei İran-İraq müharibəsi və Suriyadakı silahlı toqquşmalarda ölmüş hərbçilərin ailə üzvləri ilə görüşdəki müraciətində bildirib.

Onun sözlərinə görə, son iki il ərzində ABŞ İrana təzyiqlərini artırıb: “ABŞ iqtisadi sanksiyalar və təhlükəsizlik problemləri ilə İranda bölücülüyə yol açaraq ölkəmizin daxilində qarşıdurma yaratmağı planlaşdırır”.

Ağ Evin mətbuatda bu ilin əvvəlində “İran rejimi 40-cı ildönümünü görməyəcək. Bu yay İranda çox isti keçəcək” ifadələrinə cavab olaraq ayətullah Xamenei deyib: “Ötən ilin yayı ən əmin-aman yaylardan biri oldu. İran xalqı hazır olmalıdır. Amerikalılar hiylə də işlədə bilərlər. 2018-ci il deyib 2019-cu ildə aranı qarşıdıra bilərlər”.(report.az)

© AzNews.az