"Sanksiyaların tətbiqi ilə bağlı İranın dünyada investisiya reytinqi daha da zəifləyib". "Sanksiyaların tətbiqi ilə bağlı İranın dünyada investisiya reytinqi daha da zəifləyib".

İranlı ekspert: Gələcəkdə iqtisadi münasibətlərdə sanksiyalar rol oynayacaq

"Sanksiyaların tətbiqi ilə bağlı İranın dünyada investisiya reytinqi daha da zəifləyib".

"ABŞ-ın Çin, Rusiya, İran və bir sıra digər ölkələrə qarşı sanksiyaları onları cərimələmək üçün bir vasitəyə çevrilib. Fikrimcə gələcəkdə iqtisadi münasibətlərdə sanksiyalar əsas rola malik olacaq".

Bunu Trend-ə açıqlamasında investisiya, maliyyə və iqtisadi məsələlər üzrə iranlı ekspert Peyman Mövləvi deyib.

Onun sözlərinə görə, İranda beynəlxalq maliyyə təminatı və yaxud xarici investisiya ilə əlaqədar hələlik bir çox iş görmək olmaz. İnvestisiyanın maliyyə təminatı bank sistemi vasitəsi ilə həyata keçirilir.

"İran üçün iki əsas istiqamət var - Çin və Avropa İttifaqı. Nəzərdə tutulan xüsusi maliyyə mexanizminin hansı şəkildə olacağını və infrastrukturlara nə qədər kömək edəcəyini gözləmək lazımdır. Lakin yeni maliyyə mexanizmi geniş və effektli olmayacaq".

Ekspert hesab edir ki, İran vəziyyətdən çıxış yolu kimi enerji sektorunda fəaliyyət göstərməyə maraqlı olan şirkətlər və özəl sektor üçün yolları sadələşdirməlidir:

"Sanksiyaların tətbiqi ilə bağlı İranın dünyada investisiya reytinqi daha da zəifləyib. İran xarici investisiyanı cəlb etmək niyyətindədirsə, onda bu reytinqdə vəziyyətini yaxşılaşdırmalıdır. Hərtərəfli Birgə Fəaliyyət Planı qüvvəyə mindikdən sonra, Almaniya İranda alternativ bərpa oluna bilən enerji sahəsində yatırımlar etdi. Hazırda da Almaniya şirkətləri İran bazarında fəaliyyət göstərməyə böyük maraq göstərirlər. Çünki bu sahədə potensial və infrastruktur baxımından İran zəngin ölkədir. Bu şirkətlər hələ də yeni yolların açılması və ondan istifadə etməyi gözləyirlər”.

AzNews.az