Gürcüstanın xarici dövlət borcu artaraq 17,3 milyard lari təşkil edib. Gürcüstanın xarici dövlət borcu artaraq 17,3 milyard lari təşkil edib.

Gürcüstanın xarici dövlət borcu nə qədərdir?

Gürcüstanın xarici dövlət borcu artaraq 17,3 milyard lari təşkil edib.

Hesablamalara görə, ölkə əhalisinin hər bir vətəndaşının 4700 lari borcu var. Borc yalnız əmək qabiliyyətli insanlar arasında bölünsə, o zaman bu rəqəm 9341 lari təşkil edər.

Hökumət xaricdən aldığı borcları əsasən büdcə kəsirinin bağlanmasına və müxtəlif infrastruktur layihələrinin maliyyələşdirilməsinə yönəldir.

Gürcüstanın əvvəlki hakimiyyəti dövründə qəbul olunmuş azad iqtisadiyyat aktında deyilir ki, dövlətin xarici borcunun həcmi ümumi daxili məhsulun (ÜDM) həcmindən 60 faizdən çox ola bilməz. 2018-ci ilin nəticələrinə görə, Gürcüstanın xarici dövlət borcu ÜDM-in 44,6 faizini təşkil edir. Bu, son illərin ən yüksək göstəricisidir. Gürcüstanın 13,7 milyard lari xarici borcunun əsas hissəsini donor və ölkənin əsas tərəfdaşlarından ikitərəfli əməkdaşlıq çərçivəsində aldığı kreditlər təşkil edir. Bu kreditlərin də böyük bir hissəsi güzəştli və aşağı faiz dərəcəsi ilə alınıb. Kreditlərin qaytarılma müddəti 22 il, faiz dərəcəsi isə 2,27 faiz təşkil edir.

Qeyd edək ki, Gürcüstan ən çox Dünya Bankından kredit alıb – 5,1 milyard lari. İkinci yerdə 3,2 milyard lari ilə Asiya İnkişaf Bankı, üçüncü yerdə isə 1,5 milyard lari ilə Avropa İnvestisiya Bankı dayanır. Gürcüstanın ən çox kredit aldığı ölkələr sırasında isə birinci yerdə 1,008 milyard lari ilə Almaniya, ikinci yerdə Fransa (653000 milyon lari), üçüncü yerdə isə Yaponiya (590000) durur.(AZƏRTAC)

© AzNews.az