Gürcüstanın Kvemo Kartli bölgəsində soyğunçuluqla məşğul olan üç nəfər saxlanılıb. Gürcüstanın Kvemo Kartli bölgəsində soyğunçuluqla məşğul olan üç nəfər saxlanılıb.

Gürcüstanda azərbaycanlıları ölümlə hədələyən saxlanılıb

Gürcüstanın Kvemo Kartli bölgəsində soyğunçuluqla məşğul olan üç nəfər saxlanılıb.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslərdən ikisi Rustavi şəhərində yaşayış evindən mobil telefon, pul və zinət əşyaları oğurlayaraq hadisə yerindən qaçıb. Oğurlanan əşyalar maddi sübut kimi müsadirə olunub.

Saxlanılan digər 1997-ci il təvəllüdlü R.İ. adlı şəxs isə cinayət ortaqları ilə birgə Rustavidə Azərbaycan vətəndaşlarını ölümlə hədələyərək onlardan 9 500 dollar məbləğində pul əldə edib. Polis həmin şəxsin cinayət ortaqlarının saxlanılması istiqamətində intensiv istintaq tədbirlərini davam etdirir.

Cinayətkarları 8 ildən 12 ilədək həbs cəzası gözləyir.

AzNews.az