Aksiya iştirakçıları parlamentin binası qarşısında çadırlar qurmağa başlayıblar. Aksiya iştirakçıları parlamentin binası qarşısında çadırlar qurmağa başlayıblar.

Gürcüstanda etiraz aksiyası başladı - Parlament binası qarşısında çadırlar qurulur

Aksiya iştirakçıları parlamentin binası qarşısında çadırlar qurmağa başlayıblar.

Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının (VMHP) tərəfdarları Tbilisidə, parlament binası qarşısında etiraz aksiyasına başlayıb.

Aksiya iştirakçıları Salome Zurabişvilini Gürcüstan prezidenti kimi tanımadıqlarını bildiriblər.

Etirazçılar həmçinin bu gün Telavi şəhəri və Qurcaani rayonunda polislə müxalifətçilər arasında baş vermiş qarşıdurmalara da etiraz edirlər.

Aksiya iştirakçıları parlamentin binası qarşısında çadırlar qurmağa başlayıblar.

Bundan öncə VMHP-nin lideri, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili tərəfdarlarına müraciət edərək, onları Tbilisinin Rustaveli prospektinə toplaşmağa çağırıb.

Qeyd edək ki, bu gün Gürcüstanın yeni prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimi keçirilib. (report)

AzNews.az