"Vəzifədən ayrılmaq və öz elmi və araşdırma fəaliyyətimi davam etdirmək üçün sizdən icazə istəyirəm” "Vəzifədən ayrılmaq və öz elmi və araşdırma fəaliyyətimi davam etdirmək üçün sizdən icazə istəyirəm”

Prezidentin kürəkəni istefa verdi

"Vəzifədən ayrılmaq və öz elmi və araşdırma fəaliyyətimi davam etdirmək üçün sizdən icazə istəyirəm”

İranın sənaye, mədən və ticarət nazirinin müavini, Geologiya və Mədən Kəşfləri Təşkilatının sədri Kambiz Mehdizadə tutduğu vəzifədən istefa verib.

İran prezidenti Həsən Ruhaninin kürəkəni olan K.Mehdizadə ötən cümə günü nazir müavini vəzifəsinə təyin edilmişdi.

Onun İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmaniyə ünvanladığı istefa məktubunda bildirilir: “Bu dövrdə məni nazirlikdə fəaliyyət göstərməyə dəvət etdiyiniz və mənə etimad etdiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Vəzifədən ayrılmaq və öz elmi və araşdırma fəaliyyətimi davam etdirmək üçün sizdən icazə istəyirəm”.

Qeyd edək ki, K.Mehdizadənin sənaye, mədən və ticarət nazirinin müavini və Geologiya və Mədən Kəşfləri Təşkilatının sədri vəzifələrinə təyin olunması İranda ciddi qınaq obyektinə çevrilmişdi. (trend)

AzNews.az