“İranın ABŞ və Avropa ilə problemi həll olunmayacaq". “İranın ABŞ və Avropa ilə problemi həll olunmayacaq".

Sabiq səfir: İran lazımi qərarı verəcək

“İranın ABŞ və Avropa ilə problemi həll olunmayacaq".

Fikrimcə, Avropanın qeyri-konstruktiv funksiyası davam etdiyi halda İran qitə ölkələri ilə təhlükəsizlik sahəsində əməkdaşlığa yenidən baxmalıdır.

Bunu Trend-ə özəl açıqlamasında İranın Azərbaycandakı sabiq səfiri və beynəlxalq məsələlər üzrə ekspert Möhsün Pakayin deyib.

M.Pakayinin sözlərinə görə, təəssüflər olsun ki, Avropa terrorizmlə mübarizəyə sadiq deyil:

"Hazırda Avropanın bəzi ölkələri terrorçuların sığınacağına çevrilib. Avropa İttifaqı (Aİ) tərəfindən sanksiyalar tətbiq olunduğu halda, İran qarşılıqlı cavab üçün lazımi qərarı verəcək".

Aİ ölkələrinin İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planını qorumaq üçün təkliflər irəli sürdüyünü xatırladan sabiq diplomat deyib ki, bu sazişdə qalmaqla bağlı rəsmi Teharn özü qərar verəcək:

“İranın ABŞ və Avropa ilə problemi həll olunmayacaq. İran güclü və zəngin ölkədir. Biz yerli potensiallara arxalanaraq inkişaf edə bilərik. Hərtərəfli Birgə Fəaliyyət Planında qalıb-qalmamaqla bağlı Avropanın funksiyası dəyərləndirildikdən sonra rəsmilər tərəfindən lazımi qərar veriləcək. İranın iqtisadi şəriki olan və sanksiyaları dəstəkləməyən çoxlu dostları var".

AzNews.az