"Göy üzündən əmr aldığımızı zənn edirik". "Göy üzündən əmr aldığımızı zənn edirik".

İnternetə qadağa qoymaqla səhv etdik - Ruhani

"Göy üzündən əmr aldığımızı zənn edirik".

İran prezidenti Həsən Ruhani internetə qoyduqları qadağalar haqda danışıb.

AzNews.az xəbər verir ki, paytaxt Tehranda rabitə və yüksək texnologiyalar naziri Məhəmməd Cavad Azəri Cehromi və nazirlik əməkdaşları ilə görüşən Ruhani ölkədə internetə qoyulan qadağaları tənqid edib:

"Göy üzündən əmr aldığımızı və buna görə də yer üzündəkilər haqqında əmirlər verə biləcəyimizi zənn edirik. Ancaq belə bir şey yoxdur".

Yeni texnologiyalarda bir çox fayda ilə bərabər təhlükələrin də olduğunu deyən Ruhani inkişaf edən texnologiyanın xalqın inkişafından qoparılmayacağını bildirib:

"Xalqın ümumi tələblərinə qarşı mübarizə aparmaq nə doğru, nə də qanunidir. İctimaiyyətin iradəsinə qarşı savaşa bilmərik. Texnologiya və yeniliklərə qarşı dirənmək geridə qalmışlıqdır".

"İnterneti qadağan edərək səhv etdik" deyən Ruhani insanların müəyyən proqramlar vasitəsilə bu əngəlləri aşdığını və qoyulan qadağaların uğursuz olduğunu qeyd edib.

Pərvanə Ağazadə

AzNews.az