Salome Zurabişvili il ərzində Fransa yığcamlı pensiya məvacibindən 39,847,55 avro qazanır Salome Zurabişvili il ərzində Fransa yığcamlı pensiya məvacibindən 39,847,55 avro qazanır

Salome Zurabişvilinin gəlirləri və əmlakı açıqlandı

Salome Zurabişvili il ərzində Fransa yığcamlı pensiya məvacibindən 39,847,55 avro qazanır

Gürcüstan prezidenti Salome Zurabişvilinin gəlirləri və əmlakı açıqlanıb.

2018 ci ilin bəyannaməsinə əsasən, Salome Zurabişvili il ərzində Fransa yığcamlı pensiya məvacibindən 39,847,55 avro qazanır. Bu da, təxminən ayda 3 320 avroya bərabərdir.

Məhz Fransa pensiyasına arxalanaraq xanım Zurabişvili Gürcüstan prezidentliyinin 13 000 larilik aylıq maaşından imtina edib.

Fransa pensiyasından başqa Salome Zurabişvilinin 2018 ci il gəlirləri aşağıdakılardan ibarətdir:

Gürcüstan Prezidenti postunda (16.12.2018-ci ildən 31.12.2018-ci ilədək) - 2 891.42 lari.

Gürcüstan Parlamentinə üzvlük ərzində (01.01.2018-ci ildən 16.12.2018-ci ilədək) - 55 128 lari;

Bina kirayə vermək yolu ilə - 29 000 avro.

Daşınan və daşınmaz əmlakı

Fransanın paytaxtında ev 60 kv.m;
Tbilisidə yaşayış evi - 126,33 kv.m;
Tbilisi torpaq ərazisi 235 kv.m

2016 cı ildə 17 000 dollar dəyərində Hyundai 2012 avtomobili alıb.

Banklarda olan pul hesabları:

"Societe generale Paris"də aktiv olan hesabı 8 394.64 avro;
Gürcüstan bankı 35 594 dollar;
Gürcüstan bankı qüvvədə olan maaş hesabında 9 016.46 lari;
Gürcüstan bankı aktiv hesabda 2 811 avro. (qafqazinfo)

AzNews.az