- Ermənistan və Gürcüstan
- 8 Fevral 2019 20:04
- 3 102
Gürcüstanda daha bir nəfər qripdən öldü
Pasiyentdə xroniki xəstəliklər qeydə alınıb.
Gürcüstanın Acarıstan Muxtar Respublikasının (MR) paytaxtı Batumi şəhərində 72 yaşlı kişi qrip virusundan ölüb.
Yüksək risk qrupuna daxil olan həmin şəxs xəstəxanada müalicə alıb.
Pasiyentdə xroniki xəstəliklər qeydə alınıb. Onun “donuz qripi” adlandırılan A (H1N1) virusundan öldüyü ehtimal olunur.
Qeyd edək ki, Gürcüstanda A (H1N1) virusundan 20 nəfərin ölməsi təsdiq olunub. Ölüm faktlarının 8-i Acarıstan MR-in payına düşür. (report)
AzNews.az