“Terror aktının bütün səbəbkarları cəzalandırılacaq” - Ruhani

Bunu İran prezidenti Həsən Ruhani öz müraciətində bildirib.

Ötən gecə İranın cənub-qərbində yerləşən Sistan və Bəluçistan vilayətində baş verən terror aktının bütün səbəbkarları cəzalandırılacaq.

Bunu İran prezidenti Həsən Ruhani öz müraciətində bildirib.

Həsən Ruhani terror aktı ilə bağlı İran xalqı, xüsusilə də həlak olanların ailələrinə başsağlığı verib.

Qeyd edək ki, ötən gecə İranın Sistan və Bəluçistan vilayətində Xaş-Zahidan avtomagistralında İran İslam İnqilabı Keşikçilər Korpusunun Sepah hərbçilərini daşıyan avtobusun kənarında partlayıcı maddələrlə dolu avtomobil partladılıb. Nəticədə 27 nəfər həlak olub, 13 adam yaralanıb.

Hadisə ilə bağlı İranın Sistan və Bəluçistan vilayətində 3 gün matəm elan olunub.

"Ceyşül-Ədl" qruplaşması hadisənin məsuliyyətini öz üzərinə götürüb.(trend.az)

AzNews.az