"Bu, işi bitirmək üçün bəs etməyəcək". "Bu, işi bitirmək üçün bəs etməyəcək".

Zurabişvilinin iqamətgahının təmirinə 2,5 milyon ayrılıb, amma... - FOTOLAR

"Bu, işi bitirmək üçün bəs etməyəcək".

Gürcüstan prezidenti Salome Zurabişvilinin Antonelli küçəsində yerləşən yeni iqamətgahının təmiri planlaşdırılan 947 min dollardan (2,5 milyon lari) çox baha başa gələ bilər.

Xüsusi Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Anozra Çubinidze “IPN” agentliyinə açıqlamasında iqamətgahın təmirinin ümumiyyətlə nə qədər tutacağını bilmədiyini söyləyib.

“Hesablamaların müəyyən hissəsi edilib. Bu suala tam cavab növbəti 1 həftə ərzində verilə bilər. Öncədən 2,5 milyon lari nəzərdə tutulub. Lakin düşünürəm ki, bu, işi bitirmək üçün bəs etməyəcək”, - deyə Çubinidze bəyan edib.(qafqazinfo.az)





AzNews.az