Tbilisidə azərbaycanlı ailənin 3 üzvü saxlanıldı

Qonşular polis maşınlarının hərəkətinə mane olmaq məqsədilə yolu bağlamağa cəhd ediblər.

Tbilisi yaxınlığında yerləşən Kvemo Poniçala qəsəbəsində xüsusi əməliyyat keçirilib.

Nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 3 şəxs saxlanılıb.

Saxlanılanlar 1 qadın və onun 2 oğlu olmaqla Ələskərovlar ailəsinin üzvləridirlər.

Ələskərovlara məxsus avtomobildə narkotik vasitələrin olduğu bir neçə bağlama aşkar olunub.

Qonşuların sözlərinə görə, qadın küçədə, oğulları isə evdə bir neçə saat axtarışdan sonra saxlanılıblar. Qəsəbə sakinləri və xüsusi təyinatlı polis əməkdaşları arasında kiçik qarşıdurma yaranıb. Qonşular polis maşınlarının hərəkətinə mane olmaq məqsədilə yolu bağlamağa cəhd ediblər.

Gürcüstan Daxili İşlər Nazirliyi xüsusi əməliyyatın detalları barədə hələlik məlumat vermir.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır. (report)

AzNews.az