Gəmi limana yan almaq istəyərkən batıb. Gəmi limana yan almaq istəyərkən batıb.

İranda ticarət gəmisi batdı

Gəmi limana yan almaq istəyərkən batıb.

İranın Hörmüzqan əyalətinin Şəhid Rəcayi limanında yüklə dolu 100-dən çox konteyneri olan ticarət gəmisi batıb.

Gəmi limana yan almaq istəyərkən batıb.

İranın Limanlar və Dənizçilik Təşkilatının sədr müavini Hadi Haqşünas bildirib ki, gəminin 14 nəfərlik ekipaj heyəti xilas olunub, 1 nəfər yaralanıb. Ekipaj heyətinin üzvləri Hindistan vətəndaşlarıdır.

Təşkilat rəsmisi əlavə edib ki, gəmidə kalium xlorid, kalsium-karbonat, mis konsentratı, sənaye yağı, püstə olub.(ona.az)

AzNews.az