Qarşıdurmalar nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Qarşıdurmalar nəticəsində avtomobillərə ciddi ziyan dəyib.

İranda qarşıdurma: çoxlu sayda insan yaralandı - VİDEO

Qarşıdurmalar nəticəsində avtomobillərə ciddi ziyan dəyib.

İranın Xuzistan vilayətinin Dezful və Əndimeşk şəhərlərinin əhalisi arasında qarşıdurma yaşanıb.

İki şəhərin qarşıdurmasına səbəb Dezful şəhərinə giriş ilə bağlı lövhənin Əndimeşk şəhəri tərəfdən yerləşdirilməsidir.

Tərəflər arasında baş vermiş ciddi zorakılıqla müşahidə edilən qarşıdurmalar nəticəsində çoxlu sayda insan yaralanıb və avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə İran Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları ezam edilib. Qarşıdurmalar zamanı polis maşınlarının da yandırıldığı qeyd edilir.

Qeyd edək ki, iki şəhərin sakinləri arasında qeyd edilən məsələ ilə bağlı ziddiyyət son bir neçə ay ərzində yaranəb və bundan öncə bir dəfə də tərəflər arasında qarşıdurma yaşanıb. (Axar.az)