Qərar bu gün birləşmiş müxalifətin toplantısında qəbul olunub. Qərar bu gün birləşmiş müxalifətin toplantısında qəbul olunub.

Mixeil Saakaşvilinin həyat yoldaşı şəhər meri ola bilər

Qərar bu gün birləşmiş müxalifətin toplantısında qəbul olunub.

Gürcüstanın “Güc birlikdədir” siyasi birliyi keçmiş prezident Mixeil Saakaşvilinin həyat yoldaşı Sandra Rulofsun Zuqdidi şəhərinin meri vəzifəsinə namizədliyini irəli sürüb.

Bu barədə qərar bu gün birləşmiş müxalifətin toplantısında qəbul olunub.

S.Rulofs 2016-cı ildə Zuqdidi şəhərindən majoritar deputat qismində parlament seçkilərində iştirak edib. O, seçkilərin ikinci turunda iştirakdan imtina etmişdi.

Qeyd edək ki, Zuqdidi bələdiyyəsinin meri vəzifəsi ötən ilin sentyabrında Laşa Gogianın istefasında sonra boş qalıb. Zuqdididə növbədənkənar mer seçkiləri bu ilin mayında keçiriləcək. (Report)