10 kənd tamamilə sular altında qalıb. 10 kənd tamamilə sular altında qalıb.

Türkmənlər çıxılmaz durumda - İran hökuməti seyr edir

10 kənd tamamilə sular altında qalıb.

İranın Türkmənsəhra bölgəsinin bir çox şəhərlərində meydana gələn sel həyatı iflic edib.

Təbii fəlakət Günbedkavus, Akkale, Qaimşehr kimi şəhərlərdə yüzlərlə evi dağıdıb, infrastrukturu tamamilə məhv edib.

Akkale şəhərinin isə ümumiyyətlə yarısının və 10 kəndinin tamamilə sular altında qaldığı deyilir.

Sel fəlakəti zamanı hər hansı ölüm faktının qeydə alınmadığı bildirilsə də, 23 min sakinin çıxılmaz vəziyyətdə qaldığı məlum olub.

Belə ki, Novruz bayramından dolayı rəsmi olaraq tətilin (20-24 mart) elan edilməsi səbəbindən xilasedicilərin tam qüvvə ilə işləməməsi fəsadların aradan qaldırılması işlərini ləngidir.

Bu da haqlı olaraq seldən əziyyət çəkən əhalidə ciddi narazılıq yaradır. (Axar.az)

image description image description