Marneulidə icra başçısı vəzifəsinə aralıq seçkilər bu ilin mayında keçiriləcək. Marneulidə icra başçısı vəzifəsinə aralıq seçkilər bu ilin mayında keçiriləcək.

Gürcüstanda icra başçısı azərbaycanlı ola bilər

Marneulidə icra başçısı vəzifəsinə aralıq seçkilər bu ilin mayında keçiriləcək.

Gürcüstanın müxalif "Avropalı Gürcüstan" partiyası Marneuli rayonunun icra başçısı vəzifəsinə Əhməd İmamquliyevin namizədliyini irəli sürüb.

Ə.İmamquliyevin namizədliyini partiya lideri David Bakradze Marneulidə yerli ictimaiyyətə təqdim edib.

O, ilk olaraq Marneuli sakinlərini Novruz bayramı münasibətilə təbrik edib, əmin-amanlıq və uğurlar arzu edib.

D.Bakradze Ə.İmamquliyevin Marneuli rayon icra başçısı vəzifəsinə ən layiqli namizəd olduğunu bildirib: "Əhməd İmamquliyev vicdanlı insandır və ona inanmaq olar. Seçkilərdə iştirakımızın əsas məqsədi qələbədir. Hər bir seçki daha yaxşı yaşayışa nail olmaq üçün şansdır və biz bu şansdan istifadə etməliyik. Bunun üçün Marneulidəki namizədimiz qələbə üçün və daha yaxşı həyat üçün mübarizə aparacaq”.

Ə.İmamquliyev partiya rəhbərliyinə ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib. O deyib ki, Marneuli rayonunun icra başçısı seçiləcəyi təqdirdə əmək haqqının 50%-ni xüsusi fonda köçürəcək və həmin məbləğ tələbələr üçün sərf olunacaq.

Tədbirdə "Avropalı Gürcüstan" partiyasının digər lideri Gigi Uqulava da iştirak edib. O, Ə.İmamquliyevə seçkilərdə uğurlar arzu edib.

Qeyd edək ki, Marneulidə icra başçısı vəzifəsinə aralıq seçkilər bu ilin mayında keçiriləcək.(report.az)

AzNews.az