Hadisə yerinə polis cəlb olunub Hadisə yerinə polis cəlb olunub

Tbilisidə banka hücum - Yaralılar var

Hadisə yerinə polis cəlb olunub

Bu gün səhər Gürcüstanın ən iri banklarından olan “Liberty Bank”ın (əvvəllər Gürcüstan Xalq Bankı) Tbilisidəki filiallarından birinə silahlı hücum törədilib.

“İnterfax” xəbər verir ki, hadisə nəticəsində bankın 2 əməkdaşı yaralanaraq xəstəxanaya yerləşdirilib.

Hücum edənlərin dəqiq sayı məlum deyil və onlar hadisə yerindən uzaqlaşıblar. Hələlik pul oğurlanıb-oğurlanmadığı bəlli deyil.

Hadisə yerinə polis cəlb olunub, əməliyyat axtarış tədbirləri görülür.(report.az)

AzNews.az