Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin hesabatında bildirilib Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin hesabatında bildirilib

Bu il 500-ə yaxın Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin hesabatında bildirilib

Bu ilin yanvar-mart aylarında 493 Azərbaycan vətəndaşı Gürcüsana buraxılmayıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin hesabatında bildirilib.

Yanvar ayında qonşu ölkəyə 124, fevral ayında 141, mart ayında isə 228 Azərbaycan vətəndaşının daxil olmasına icazə verilməyib.

Azərbaycan Gürcüstana buraxılmayan əcnəbi vətəndaşların sayına görə üçüncü yeri tutub.

Hesabat dövründə Gürcüstana buraxılmayan əcnəbi vətəndaşların ümumi sayı 6400-ə yaxın olub. Onların arasında birinci yeri İran (3000 nəfərə yaxın), ikinci yeri isə Hindistan vətəndaşları (1 200 nəfərə yaxın) tutub.(report.az)

AzNews.az