ABŞ İranın məhbusların dəyişdirilməsi ilə bağlı təklifini rədd edib ABŞ İranın məhbusların dəyişdirilməsi ilə bağlı təklifini rədd edib

ABŞ İranın təklifinə “yox” dedi

ABŞ İranın məhbusların dəyişdirilməsi ilə bağlı təklifini rədd edib

“Mehr” xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musəvi bildirib.

O deyib ki, ölkəsinin Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin İran və ABŞ arasında məhbus mübadiləsi ilə bağlı təklifi ciddi və əhəmiyyətlidir: “ABŞ-ın məsul şəxslərinin bu təklifə təpkisi onların müzakirə və razılaşma haqqında fikrə sahib olmadıqlarını göstərir”.

S.A.Musəvi əlavə edib ki, M.Cavad cinayəti məlum olan və İranda saxlanılan ABŞ vətəndaşlarını Ağ evin bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyalardan sonra müxtəlif dövlətlərdə tutulan İslam Respublikası vətəndaşlarına dəyişməyə hazır olduğunu açıqlayıb.

Qeyd edək ki, M.Cavad Ağ ev rəhbərliyinə İranda tutulan ABŞ vətəndaşlarının Birləşmiş Ştatlarda saxlanılan İslam Respublikası vətəndaşlarına dəyişdirliməsini təklif edib: “Tutulanların dəyişdirlməsi təklifini masaya qoyuram. Mən bu məsələyə hazıram və səlahiyyətim də var”.

Nyu-York-Asiya dərnəyində çıxəş edən M.Zərif bildirib ki, bu təklifi 6 ay əvvəl irəli sürdüklərini, ancaq Donald Tramp adminstrasiyasından bir cavab almadıqlarını vurğulayıb.(report.az)

AzNews.az