- Ermənistan və Gürcüstan
- 22 May 2019 17:38
- 2 476
Gürcüstanda dollar sürətlə bahalaşır
May ayının 1-dən bu günə qədər lari dollara qarşı 0,0727 lari ucuzlaşıb
Gürcüstanda may ayının əvvəlindən etibarən ABŞ dollarının bahalaşması tendensiyası müşahidə olunur.
Gürcüstan Milli Bankının mayın 23-nə müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,7756 lari təşkil edir.
Bugünkü məzənnə ilə müqayisədə ABŞ dolları Gürcüstanın milli valyutasına qarşı 0,0080 lari bahalaşıb.
May ayının 1-dən bu günə qədər lari dollara qarşı 0,0727 lari ucuzlaşıb.
Larinin dəyərdən düşməsini şərh edən Gürcüstanın maliyyə nazirinin müavini Giorgi Kakauridze bunu bazar oyunçularının gözləntiləri ilə əlaqələndirib. O qeyd edib ki, larinin dollara münasibətdə ucuzlaşmasının makroiqtisadi səbəbləri mövcud deyil.(report.az)
AzNews.az