İndiyə qədər 2 min 50 nəfərə kömək edilib İndiyə qədər 2 min 50 nəfərə kömək edilib

İranda fırtına və şiddətli yağışlar - ölənlərin sayı 24-yə çatdı

İndiyə qədər 2 min 50 nəfərə kömək edilib

İranın böyük qismini təsirinə alan fırtına və şiddətli yağışlar səbəbi ilə həyatını itirənlərin sayı 24-ə, yaralananların sayı 55-ə yüksəlib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İranın Fövqaladə Hallar Mərkəzinin sözçüsü Mücteba Xalidi yazılı açıqlama verib.

O, açıqlamasında Ərdəbil, Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Zəncan, Revezi Xorasan, Cənubi Xorasan, Çaharmahal-Bahtiyari, İsfahan, Kirmanşah, Kürdüstan, Fars və Gilan əyalətində 8 maydan bu yana yağan güclü yağış və fırtına nəticəsində 24 nəfərin həyatını itirdiyini, 55 nəfərin isə yaralandığını bildirib.

Xalidi ölənlərin 4-nün sel suları altında qaldığını, 20-sini isə ildırım vurduğunu bildirib.

Sözçü aparılan işlər çərçivəsində indiyə qədər 2 min 50 nəfərə kömək edildiyini deyib.

Nigar CƏFƏR

AzNews.az