"26 may Gürcüstanın bütün vətəndaşlarını birləşdirən gündür" "26 may Gürcüstanın bütün vətəndaşlarını birləşdirən gündür"

Gürcüstanın iqtisadiyyat naziri: “Marneulidə çox vətənpərvər insanlar yaşayır”

"26 may Gürcüstanın bütün vətəndaşlarını birləşdirən gündür"

“Marneuli Kvemo Kartli bölgəsinin ən fərqli rayonudur və burada çox zəhmətkeş və çox vətənpərvər insanlar yaşayır”.

Bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava Marneulidə Müstəqillik gününə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.

Nazir deyib ki, 26 may Gürcüstanın bütün vətəndaşlarını birləşdirən gündür.

O, bölgələrdə kiçik və mikro biznes sahələrinin prioritet istiqamətlər olduğunu qeyd edərək hökumətin bu sektora dəstəyini daha da artırmağa hazır olduğunu bildirib.

Azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda Müstəqillik gününə həsr olunmuş tədbirdə Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin müavini Lia Giqauri, Marneuli rayon rəhbərliyi, yeni seçilmiş icra başçısı Zaur Darğallı və digər rəsmi şəxslər iştirak ediblər. (report)

AzNews.az