Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndində sakinlər yetişdirdikləri məhsulu sata bilmədiklərinə görə etiraz aksiyası keçiriblər. Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndində sakinlər yetişdirdikləri məhsulu sata bilmədiklərinə görə etiraz aksiyası keçiriblər.

Azərbaycanlılar Gürcüstanda etiraz etdi

Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndində sakinlər yetişdirdikləri məhsulu sata bilmədiklərinə görə etiraz aksiyası keçiriblər.

Sakinlər Gürcüstana xarici ölkələrdən böyük həcmdə pomidor idxal olunduğundan onların məhsulunun 20 tetriyə belə satılmadığını bildirir.

Kənd sakini Tamaz Məmmədov deyib ki, məhsulun yetişdirilməsi üçün bankdan kredit götürüb:

“Məhsulumuz satılmadığından xarab olur. Hökumət bu məsələyə diqqət göstərməsə, Marneulidə magistral yolu bağlayacağıq”.

Məhsul istehsalçıları etiraz əlaməti olaraq çoxlu sayda pomidoru ayaq altına ataraq məhv ediblər(axar.az)

AzNews.az

image description