"Mən bir neçə ay əvvəl bu ssenari ilə bağlı xəbərdarlıq etmişdim" "Mən bir neçə ay əvvəl bu ssenari ilə bağlı xəbərdarlıq etmişdim"

Cavad Zərifdən ABŞ-ın ittihamlarına cavab - "Bu, diplomatiyaya vurulan zərbədir"

"Mən bir neçə ay əvvəl bu ssenari ilə bağlı xəbərdarlıq etmişdim"

“Oman körfəzində iki tankerə edilən hücumla bağlı ABŞ-ın İranın ünvanına səsləndirdiyi ittihamlar diplomatiyanın imicinə vurulan bir zərbədir”.

AzNews.az “TASS”a istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Cavad Zərif rəsmi Twitter səhifəsində yazıb.

“Baş nazir Şinzo Abe geniş və səmimi danışıqlar üçün Ayətullah Xamenei ilə görüşərkən Yaponiyanın tankerlərinə hücum oldu.

ABŞ heç bir dəlil olmadan dərhal İrana qarşı ittihamlar irəli sürdü. Aydın olur ki, B komandası B planına doğru hərəkət edir.

Mən bir neçə ay əvvəl bu ssenari ilə bağlı xəbərdarlıq etmişdim. Ona görə yox ki, mən falçıyam. Sadəcə B komandasının haradan gəldiyini bilirdim”.

Pərvanə Ağazadə

AzNews.az