Turistin cəsədi aşkarlanıb və Mestiaya gətirilib. Turistin cəsədi aşkarlanıb və Mestiaya gətirilib.

Gürcüstanda slovakiyalı turist uçurumdan yıxılaraq öldü

Turistin cəsədi aşkarlanıb və Mestiaya gətirilib.

Gürcüstanın Svaneti rayonunun Mestia qəsəbəsində 58 yaşlı slovakiyalı turist uçurumdan yıxılaraq ölüb.

Gürcüstan Fövqəladə Hallar İdarəsinin 112 qaynar xəttinə Tetnuli dağından təcili yardım çağırışı edilib.

Əraziyə gələn xilasedicilər Tetnuli dağının zirvəsinə qalxan dörd nəfərlik turist qrupunun bir üzvünün uçurumdan yıxıldığını öyrənib. Dağın yamacında aparılan axtarışlar zamanı slovakiyalı turistin cəsədi aşkarlanıb və Mestiaya gətirilib.

Faktla bağlı cinayət işi açılıb. (APA)

AzNews.az