Deputat dünyada baş verən ictimai-siyasi proseslərə parlamentlərin təsir imkanları barədə fikirlərini bölüşəcək Deputat dünyada baş verən ictimai-siyasi proseslərə parlamentlərin təsir imkanları barədə fikirlərini bölüşəcək

Mixail Zabelin sabah Tbilisiyə gedəcək

Deputat dünyada baş verən ictimai-siyasi proseslərə parlamentlərin təsir imkanları barədə fikirlərini bölüşəcək

Milli Məclisin deputatı Mixail Zabelin Pravoslav Parlamentlərarası Assambleyasının 26-cı Baş Assambleyasında iştirak etmək üçün iyunun 19-da Gürcüstanın paytaxtı Tbilisiyə səfər edəcək.

Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə “Parlamentarizmin müasir siyasi və sosial hadisələr anlayışına töhfəsi” mövzusunda müzakirələr keçiriləcək.

Deputat dünyada baş verən ictimai-siyasi proseslərə parlamentlərin təsir imkanları, ölkəmizdə bu istiqamətdə görülən işlər barədə fikirlərini bölüşəcək.