İran XİN-ə çağırılan müvəqqəti işlər vəkilinə etiraz notası təqdim edilib İran XİN-ə çağırılan müvəqqəti işlər vəkilinə etiraz notası təqdim edilib

İran BƏƏ-yə nota verdi

İran XİN-ə çağırılan müvəqqəti işlər vəkilinə etiraz notası təqdim edilib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Tehrandakı müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb.

Buna səbəb ABŞ-ın pilotsuz kəşfiyyat təyyarəsinin BƏƏ-dəki hərbi bazadan İran hava məkanını pozması olub.

Bildirilir ki, BƏƏ-dəki hərbi bazadan qalxan pilotsuz uçuş aparatı İran hava məkanına daxil olub və İran tərəfi həmin təyyarəni vurub.

Qeyd edək ki, pilotsuz təyyarə ABŞ-a məxsus olub.

İran XİN-ə çağırılan müvəqqəti işlər vəkilinə etiraz notası təqdim edilib.(apa.az)

AzNews.az