Yaralılar xəstəxanaya yerləşdirilib Yaralılar xəstəxanaya yerləşdirilib

İranda avtobus aşdı - 17 nəfər...

Yaralılar xəstəxanaya yerləşdirilib

İranın cənubunda yerləşən Fars vilayətində Bəhmən-Xosrov Şirin istiqamətində ağır yol qəzası baş verib.

Bunu İranın Fars vilayəti Şimal yol polis rəisi polkovnik Əbdülhaşim Dehqani deyib.

Ə.Dehqaninin sözlərinə görə, "Pride" və "Samand" markalı minik avtomobili pikapla toqquşub.

Hadisə nəticəsində 6 nəfər həlak olub, 4 nəfər isə yaralanıb.

Şiraz-Səadətşəhr istiqamətində hərəkət edən avtobusun aşması nəticəsində isə 17 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətində isə Zahidan-Xaş magistralında iki minik avtomobili toqquşub. Nəticədə 3 nəfər həlak olub, 3 nəfər isə yaralanıb.(trend.az)

AzNews.az