Plenar iclas hazırda dayandırılıb Plenar iclas hazırda dayandırılıb

Gürcüstan parlamentində mübahisə yarandı - İclasa fasilə verildi

Plenar iclas hazırda dayandırılıb

Gürcüstan parlamentinin bu gün keçirilən plenar iclasında mübahisə yaranıb.

Müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyaları Daxili İşlər naziri Giorgi Qaxarianın istefası da daxil olmaqla etirazçıların tələblərinin müzakirə olunmasını tələb ediblər.

Hakim Gürcü Arzusu Partiyasının nümayəndələri müxalifətin bu təşəbbüsünə etiraz edib və nəticədə deputatlar arasında səs-küylü mübahisə baş verib.

Plenar iclas hazırda dayandırılıb. Birinci vitse-spiker Tamar Çuqoşvili texniki fasilə elan edib.(report.az)

AzNews.az