- Ermənistan və Gürcüstan
- 25 İyun 2019 14:48
- 2 503
Gürcüstanda yeni parlament sədri seçildi
Arçil Talakvadzenin lehinə 101 deputatdan 94-ü səs verib
Gürcüstan parlamentinin bugünkü plenar iclasında Arçil Talakvadze spiker seçilib.
Onun namizədliyi səs çoxluğu ilə təsdiqlənib.
A.Talakvadzenin lehinə 101 deputatdan 94-ü səs verib.
Parlamentdə təmsil olunan müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyalarından olan deputatlar səsvermədə iştirak etməyiblər.
Qeyd edək ki, A.Talakvadzenin 36 yaşı var. O, 2016-cı ildən hakim Gürcü Arzusu Partiyasının deputatı və parlament çoxluğunun lideridir. A.Talakvadze 2012-2014-cü illərdə Gürcüstanın penitensiar sistem və probasiya nazirinin müavini, 2014-2016-cı illərdə isə daxili işlər nazirinin müavini vəzifələrində çalışıb.
Qeyd edək ki, Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze iyunun 21-də istefa verib.(report.az)
AzNews.az