İrma İvanişvili: Əminəm ki, dostlarımın Moskvaya səfəri ölkəmizə çox fayda gətirəcək İrma İvanişvili: Əminəm ki, dostlarımın Moskvaya səfəri ölkəmizə çox fayda gətirəcək

Gürcü deputatlar Rusiyaya səfər edəcək

İrma İvanişvili: Əminəm ki, dostlarımın Moskvaya səfəri ölkəmizə çox fayda gətirəcək

Gürcüstan parlamentinin Vətənpərvərlər Alyansı Partiyasını təmsil edən müxalif deputatları yaxın günlərdə iki ölkə arasında münasibətləri müzakirə etmək üçün Rusiyaya səfər edəcəklər.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə partiyanın rəhbəri, parlamentin vitse-spikeri İrma İnaşvili öz feysbuk hesabında yazıb.

"Komandamızın üzvləri yaxın günlərdə Moskvaya səfər edəcəklər. Bildiyiniz kimi, biz vizalardan imtina edilməsi barədə razılığa gəldik. Lakin Allahın köməyi ilə bir yol tapacağıq. Əminəm ki, dostlarımın Moskvaya səfəri ölkəmizə çox fayda gətirəcək", - deyə İnaşvili bildirib.

O, deputatların Moskvaya nə vaxt səfər edəcəyini və kiminlə görüşmək istədiklərini yazmayıb.

Xatırladaq ki, Rusiya prezidentinin Gürcüstana və Gürcüstandan uçuşların qadağan edilməsi haqqında Fərmanı bazar ertəsi qüvvəyə minib. Putin iyunun 20-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində baş vermiş iğtişaşlardan sonra sənədi imzalayıb. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, uçuşlara qadağa qoyulması Gürcüstanda təhlükə ilə üzləşə biləcək vətəndaşların təhlükəsizliyinin təmin olunması üçündür.

Pərvanə Ağazadə

AzNews.az