- Ermənistan və Gürcüstan
- 15 İyul 2019 18:51
- 2 455
Gürcüstanda azərbaycanlı ailəyə məxsus evdə güclü yanğın baş verib
Gürcüstanın Telavi rayonunun azərbaycanlıların yaşadığı Qaracalar kəndində güclü yanğın baş verib
Yanğın ikimərtəbəli yaşayış binasında qeydə alınıb.
Yanğın güclü olduğundan ev əşyalarının çıxarılması mümkün olmayıb.
Evdə beş nəfərdən ibarət ailə yaşayır. Onların yanğın nəticəsində xəsarət almadığı bildirilir.
Yanğının söndürülməsinə üç yanğınsöndürən briqada, təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.
Yanğının başvermə səbəbi hələ məlum deyil. (Report)