Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyəti qərar qəbul edib Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyəti qərar qəbul edib

Növbəlilik üzrə dövlət hesabına hüquqi yardım göstərilməsi ilə bağlı Rəyasət Heyətinin Məlumatı

Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyəti qərar qəbul edib

Qərarda bildirilir:

Hörmətli vəkillər!

Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin 10 iyul 2019-cu il tarixli qərarı ilə vəkil qurumlarında və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən dövlət hesabına həyata keçirilən hüquqi yardımın keyfiyyətinin yüksəldilməsi və könüllülük prinsipi nəzərə alınmaqla dövlət hesabına hüquqi yardımın növbəlilik qaydasında həyata keçirilməsinin vahidləşdirilməsi barədə önəmli qərar qəbul edilmişdir.

Həmin qərarın qəbul edilməsində məqsəd dövlət hesabına hüquqi yardımın vəkillər tərəfindən növbəlilik üzrə həyata keçirilməsi işinin bir mərkəzdən təşkil edilməsi, bununla çevikliyin, vətəndaş məmnunluğunun təmin edilməsi, formal vəkilliyə son qoyulması, aztəminatlı şəxslərə hüquqi yardımın göstərilməsi işinin təkmilləşdirilməsi, dövlət hesabına hüquqi yardım göstərən vəkillərə ödənişlər üzrə gecikmələrin aradan qaldırılması, dövlət hesabına hüquqi yardımın göstərilməsində vəkillərin könüllülük prinsipi əsasında cəlb edilməsindən ibarətdir.

Dövlət hesabına hüquqi yardım göstərmək arzusunda olan vəkillər 1 noyabr 2019-cu il tarixədək Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Hüquqi Yardım və Tədris Mərkəzi”nə elektron qaydada müraciət edə bilərlər (elektron poçt ünvanı: legalaid.training@barassociation.az)