"Tərəflər iyulun 14-də baş verən insidentin təkrarlanmasına imkan verməyəcəklər və biz ziyarətçilərin Keşikçidağ tarixi məbədini ziyarət edə biləcəklərinə ümid edirik" "Tərəflər iyulun 14-də baş verən insidentin təkrarlanmasına imkan verməyəcəklər və biz ziyarətçilərin Keşikçidağ tarixi məbədini ziyarət edə biləcəklərinə ümid edirik"

Gürcüstanda Keşikçidağ məbədi yaxınlığında baş vermiş insidentlə bağlı araşdırma başlayıb

"Tərəflər iyulun 14-də baş verən insidentin təkrarlanmasına imkan verməyəcəklər və biz ziyarətçilərin Keşikçidağ tarixi məbədini ziyarət edə biləcəklərinə ümid edirik"

Gürcüstan Xarici İşlər Nazirinin müavini Laşa Darsalia belə deyib.

O, bildirib ki, komissiya öz işini strateji tərəfdaşlıq ruhu çərçivəsində başa çatdıracaq.

"Azərbaycanlı həmkarlarımızla birlikdə dövlət sərhədlərinin delimitasiyası strateji tərəfdaşlıq ruhu çərçivəsində başa çatacaq. Dövlət sərhədlərinin delimitasiyası üzrə Gürcüstanın hökmət komissiyası Keşikçidağ məbəd kompleksi ətrafında baş verən hadisələrə görə narahatdır. Bəzi pisniyyətli qruplar provokasiya yaratmağa cəhd edirlər. Gürcüstan tərəfi bənzər provokasiyaları qınayır. Biz bir çox hallarda bunun provokativ qüvvələr tərəfindən törədildiyini görürük. Bu səbəbdən hər iki tərəfin sərhədçiləri öz hüquq və vəzifələrini yerinə yetirərkən son dərəcə diqqətlə hərəkət edirlər",- deyə Laşa Darsalia bildirib.

Nazir müavini qeyd edib ki, iyulun 14-də Keşikçidağ məbədi yaxınlığında baş vermiş insidentlə bağlı araşdırma başlayıb və faktlar detallı şəkildə öyrəniləcək. (APA)