Conson İrana qarşı hərbi əməliyyatlara dəstək verməyəcəyini bildirib Conson İrana qarşı hərbi əməliyyatlara dəstək verməyəcəyini bildirib

"İran Britaniya ilə qarşıdurma istəmir"

Conson İrana qarşı hərbi əməliyyatlara dəstək verməyəcəyini bildirib

"Böyük Britaniyanın Baş naziri postuna mümkün namizəd olan Boris Conson Tehranın Londonla qarşıdurmaya can atmadığını anlamalıdır".

AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

"İran Böyük Britaniya ilə, o cümlədən tankerlər məsələsində qarşıdurma istəmir", - deyə Zərif bildirib.

"Boris Consonun Tehranın qarşıdurmaya can atmadığını, qarşılıqlı hörmət əsasında iki ölkə arasında yaxşı münasibətləri bərpa etmək istədiyini anlaması çox vacibdir", - deyə o, əlavə edib.

Xatırladaq ki, keçən həftə Conson İrana qarşı hərbi əməliyyatlara dəstək verməyəcəyini bildirib. O, qeyd edib ki, İranla müharibə Qərb üçün ağıllı variant deyil. Conson diplomatiyanın irəliləmək üçün ən yaxşı yol olduğunu vurğulayıb.

Pərvanə

AzNews.az