Ötən il 17,3 min nəfər yol qəzalarında həlak olub Ötən il 17,3 min nəfər yol qəzalarında həlak olub

İranda yol qəzalarında hər gün 25 nəfər ölür

Ötən il 17,3 min nəfər yol qəzalarında həlak olub

Orta hesabla İranda yol qəzalarında gündəlik 25 nəfər həlak olur.

Bunu İranın Hüquq-Mühafizə Orqanının Yol Polisinin rəisi Kamal Hadianfər deyib.

K.Hadianfərin sözlərinə görə, ötən İran ilində (21 mart 2018-dən – 20 mart 2019-dək) 17,3 min nəfər yol qəzalarında həlak olub, 365 min nəfər yaralanıb.

Hadianfər əlavə edib ki, cari 3 ay ərzində (21 mart – 21 iyun) 4 129 nəfər yol qəzalarında həlak olub: "82% yol qəzalarının səbəbinin sürət həddini aşma, qanunsuz ötmə, önə diqqət yetirməmə və yuxusuzluq olub. İranda dövlət nömrəsi olmayan 6 milyon motosiklet və sürücülük vəsiqəsi olmayan 4 milyon motosikletçi qeydə alınıb”.(trend.az)

AzNews.az