Həmin müəllimlər ikiillik əməkhaqqına bərabər məbləğdə mükafat alacaqlar Həmin müəllimlər ikiillik əməkhaqqına bərabər məbləğdə mükafat alacaqlar

Gürcüstanda 6 mindən çox müəllim işdən çıxdı

Həmin müəllimlər ikiillik əməkhaqqına bərabər məbləğdə mükafat alacaqlar

“Gürcüstanda 6 mindən çox müəllim öz istəyi əsasında təqaüdə göndərilməsi ilə bağlı qeydiyyata alınıb”.

Bu barədə Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri vəzifəsinə namizəd Mixeil Batiaşvili parlamentdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, həmin müəllimlər ikiillik əməkhaqqına bərabər məbləğdə mükafat alacaqlar: “Bu, olduqca vacib islahatdır. Dövlət könüllü olaraq layiqli təqaüdə çıxmağa qərar verən müəllimləri mükafatla təmin edəcək”.

Nazir təhsil sahəsində yeni kadrlarla bağlı əlavə addımların atılacağını deyib.

M.Batiaşvili əlavə edib ki, məktəb islahatları ilə bağlı ilk mərhələ başa çatıb, ikinci mərhələyə isə payız aylarında start veriləcək. (Report)