Dənizə çıxarmaq üçün gəmidə minimum sayda heyət üzvü qalacaq Dənizə çıxarmaq üçün gəmidə minimum sayda heyət üzvü qalacaq

İran saxladığı Britaniya tankerinin heyətini azad edir

Dənizə çıxarmaq üçün gəmidə minimum sayda heyət üzvü qalacaq

İran hakimiyyəti Britaniyanın “Stena Impero” tankerinin heyətinin yeddi üzvünü azad edir.

AzNews.az-ın məlumatına əsasən, bu barədə RİA “Novosti” Rusiyanın Tehrandakı press-attaşesi Andrey Qanenkoya istinadən xəbər verir.

Rusiya nümayəndəsi qeyd edib ki, tankeri lazım gəldikdə dənizə çıxarmaq üçün gəmidə minimum sayda heyət üzvü saxlanılacaq.

Xatırladaq ki, iyulun 19-da İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazında Britaniya bayrağı altında üzən “Stena Impero” tankerini ələ keçirib. İran hakimiyyəti gəmini ölkənin ərazi sularında beynəlxalq dəniz qaydalarına əməl etməməkdə ittiham edib.

AzNews.az