İstintaq çərçivəsində mövcud video yazılar araşdırılacaq İstintaq çərçivəsində mövcud video yazılar araşdırılacaq

Gürcüstan parlamenti qarşısında baş verən insidentlə bağlı istintaq başlayıb

İstintaq çərçivəsində mövcud video yazılar araşdırılacaq

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) parlament binası qarşısında baş vermiş insidentlə əlaqədar istintaq başladıb.

"Utanc" aksiyasının iştirakçıları ilə "Patriotlar Alyansı"dan olan millət vəkili Emzar Kvitsiani arasında baş verən qarşıdurmada iştirak edənlər dindiriləcək.

Gürcüstan DIN-nin məlumatında qeyd edilib ki, parlament binası yaxınlığında baş verən hadisə ilə əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinə əsasən istintaq başlayıb. İstintaq çərçivəsində hadisədə iştirak edən şəxslər dindiriləcək, həmçinin mövcud video yazıları araşdırılacaq. Bundan sonra məsələyə müvafiq hüquqi qiymət veriləcək. (APA)

AzNews.az