Paradda Prezident Həsən Ruhani çıxış edib Paradda Prezident Həsən Ruhani çıxış edib

İranda Müqəddəs Müdafiə Həftəsi başladı

Paradda Prezident Həsən Ruhani çıxış edib

Bu gün İranda Müqəddəs Müdafiə Həftəsi başlayıb İran-İraq müharibəsinin başlamasının 39-cu ildönümünə həsr olunan Müqəddəs Müdafiə Həftəsi çərçivəsində İranın böyük şəhərlərində hərbi paradlar keçirilir. Hər il olduğu kimi, bu il də Tehranda təşkil olunan hərbi paradda Prezident Həsən Ruhani çıxış edib. O bildirib ki, İran bütün qonşularına sülh, əmin-amanlıq və qardaşlıq təklif edir. Onun sözlərinə görə, qarşıdurma siyasətinə son verilməli, regionun təhlükəsizliyi üçün birgə səylər göstərilməlidir. İran prezidenti vurğulayıb ki, bölgənin təhlükəsizliyini təkcə region dövlətləri təmin edə bilər. Bunun üçün isə qarşılıqlı dialoq və əməkdaşlıq lazımdır. İran da öz qonşularını əməkdaşlığa və dialoqa səsləyir. Qeyd edək ki, Müqəddəs Müdafiə Həftəsi İranda 1980-ci ildən keçirilir. Hər il sentyabrın 22-də İranın siyasi elitası İslam dövlətinin qurucusu İmam Xomeyninin mavzoleyini ziyarət edir. Bu gün rəsmi tədbirlərdən sonra Prezident Həsən Ruhani BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşəcək. (AZƏRTAC) AzNews.az