Tankerin saxlanmasına son qoyulması barədə qərar çərşənbə günü verilib Tankerin saxlanmasına son qoyulması barədə qərar çərşənbə günü verilib

İngilis tankeri İran limanını tərk etdi

Tankerin saxlanmasına son qoyulması barədə qərar çərşənbə günü verilib

İyulun 19-da Hörmüz Boğazında İran tərəfindən tutulan neft tankeri "Stena Impero", İranın Bəndər Abbas limanını tərk edib.

Tanker Səudiyyə Ərəbistanının Cubail limanından Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Rəşid limanına istigamətini dəyişib.

Tankerin saxlanmasına son qoyulması barədə qərar çərşənbə günü verilib.

Xatırladaq ki, İyulun 19-da İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Hörmüz boğazında Böyük Britaniyaya məxsus "Stena Impero" neft tankerini saxlamışdır. Bildirilmişdir ki, tanker beynəlxalq dəniz hüququnu pozduğuna görə saxlanılıb. (Trend)